İspaniyanın “Betis” klubunun perspektivli oyunçusu Vilyam Karvalyonu daha bir klub transfer etmək istəyir. Editor.az “sporx” a istinadən xəbər verir ki, İngiltərə premyer liqasında mübarizə aparan “Notinqam Forest” 30 yaşlı futbolçu ilə maraqlanır. İspaniya təmsilçi isə Karvalyonu transferinə 8-10 milyon avro ödənişdən sonra icarə verəcəyini bildirib.
Xatırladaq ki, Karvalyonu bundan əvvəl Türkiyə nəhəngləri “Qalatasaray”, “Fənərbaxça” Fransanın “Lion” və “Monza” klubları da transfer etmək istəyirdi.
Qeyd edək ki, 30 yaşlı futbolçu “Real Betis” heyətində ümumilikdə çıxdığı 135 oyunda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

