Bu gün səhər saatlarında Ukrayna Silahlı Qüvvələri də Vinnitsa vilayəti üzərində Rusiya təyyarəsini vurub.
Ukraynalı pilotlar Vinnitsa vilayətinin Kalinovka şəhəri yaxınlığında Rusiyanın Su-25 təyyarəsini vurublar.
Editor.az UNIAN-a istinadən xəbər verir ki bu barədə Vinnitsa Regional Dövlət Administrasiyasının sədri Serhiy Borzov öz Facebook səhifəsində məlumat verib.
Xatırladaq ki, daha əvvəl Vinnitsa vilayətində Bohoniki kəndi yaxınlığında Ukrayna hərbçiləri Rusiya Ordusunun hərbçilərinin helikopterini vurmuşdular. Pilotlar axtarır.
//Gülnarə Abasova, Editor.az

