Britaniyanın Virciniya Adalarının baş naziri Endryu Fahie ABŞ-da saxlanılıb.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Virciniya adalarının baş naziri narkotik alverində ittiham olunur. Fahienin Mayamidə Narkotiklərlə Mübarizə Agentliyinin əməkdaşları tərəfindən tutulduğu açıqlanıb. İddialara görə, Endryu Fahie amerikalı agentlərlə Virciniya Adaları limanlarının narkotik alverçiləri tərəfindən istifadə edilməsinə icazə vermək üçün 700.000 dollara razılaşıb. Böyük Britaniyanın Xarici İşlər Naziri Liz Truss bu iddialar qarşısında dəhşətə gəldiyini bildirib. Fahie isə İngiltərə hökumətinin illərdir onu işindən uzaqlaşdırmağa çalışdığını söyləyib.
Qeyd edək ki, Virciniya Adaları dünyada vergidən yayınanların, çirkli pullarla oynuyanların ən çox istifadə etdiyi ölkədir.
//Nəzərbəy, Editor.az

