Kiyev Şəhər Dövlət Administrasiyası rəhbərinin yerli özünüidarə üzrə müavini Vladimir Prokopivə qarşı korrupsiya ilə bağlı müəyyən şübhələr yaranıb.
Bu barədə aprelin 17-də Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən “RBC-Ukrayna” yazıb. Jurnalistlər iddia edirlər ki, məmur antikorrupsiya araşdırmalarının obyektidir. Mənbələr iddia edir ki, Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidməti şübhə ilə bağlı Prokopivə məlumat verib.
“RBC-Ukrayna” mənbələri Cinayət Məcəlləsinin maddələrinin adını çəkmir, lakin qeyd edir ki, paytaxt rəsmisi ölkədən qeyri-qanuni çıxışı təşkil etməkdə şübhəli bilinir.
Qeyd edək ki, 2024-cü ilin oktyabrında şəhər meri Vitali Kliçko Prokopivi vəzifəsindən kənarlaşdırıb. Bu, “Bihus.İnfo” jurnalistlərinin məmur ailəsinin gəlirləri və daşınmaz əmlakı ilə bağlı araşdırmasından sonra baş verib. O, istefa ərizəsi yazıb.
//Samir Qurbanov, Editor.az