Vitkoffla görüşdən sonra Rusiya çətin seçim qarşısında qaldı – KİVbackend

Vitkoffla görüşdən sonra Rusiya çətin seçim qarşısında qaldı – KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibə ilə bağlı ritorikasını dəyişməsindən sonra, mümkün atəşkəslə bağlı müəyyən optimizm yaranıb.

Bu barədə məlumatlı mənbələrə istinadən RBC-Ukrayna nəşri xəbər yayıb.

Mənbələrin fikrincə, Moskva son ana qədər ABŞ prezidentinin sanksiyalarla bağlı bəyanatlarını ciddi qəbul etmirdi. Bu inamsızlıq qismən Trampın müxtəlif vaxtlarda fərqli tarixlər səsləndirməsi ilə əlaqələndirilir ki, bu da Kremlin onun niyyətlərinə şübhə ilə yanaşmasına səbəb olub.

Məlumata görə, bu səbəbdən Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvaya səfərinin əsas məqsədi Kreml rəhbəri Vladimir Putini ABŞ-ın niyyətlərinin ciddiliyinə inandırmaq olub.

//Samir Qurbanov, Editor.az