Rusiyanın “VKontakte” sosial şəbəkəsinə alternativ olaraq yaradılan Ukraynanın “Ukrainians” sosial şəbəkəsinin həmtəsisçisi Aleksandra Strumçinskaya layihənin bağlandığını bildirib.
bu barədə o, özünün “Facebook” səhifəsində yazıb.
“Məni fakt qarşısında qoydular ki, Ukrayna sosial şəbəkəsinin tərtibatı dayandırılsın. Vəziyyət belədir – layihənin reallaşdırılmasını davam etdirmək üçün mənim səsim kifayət deyil. Tərtibatçı şirkətin rəhbərliyi (şəbəkənin həmtəsisçiləri) nəinki müstəqil olaraq tərtibatdan, həmçinin onun digər tərəfə ötürülməsindən imtina ediblər. Bu səbəbdən də mən sizin qarşınızda verdiyim sözə əməl edə bilmədim”, – deyə o bildirib.
//lent.az
