Vladimir Jironovskinin çıxışları ancaq istehza və gülüş doğurur- Deputatdan sərt açıqlamabackend

 Vladimir Jironovskinin çıxışları ancaq istehza və gülüş doğurur- Deputatdan sərt açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Dövlət Dumasının deputatı Vladimir Jironovski ciddi bir siyasi fiqur kimi qəbul olunmur. O, Liberal Demokratik Partiyasının sədri olsa da nə ideyalarında, nə də etdiyi çıxışlarında demokratiyadan əsər əlamət yoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O, bildirib ki, Jironovskinin çıxışları ancaq istehza və gülüş doğurur, danışığı siyasətçinin danışığından uzaqdır və Rusiya kimi böyük bir ölkəyə ancaq başaşağılığı gətirir: ”

“Həm də Vova millətçi və faşist düşüncəlidir. Hətta onu bu əqidəsinə görə faşist Hitlərə oxşadardım. Çünki, Vovanın müsəlmanları , xüsusilə türkləri görməyə gözü yoxdur. O, həmişə Rusiyaya gələn Orta Asiya respublikaların vətəndaşlarını da təhqir etmiş, ikinci dərəcəli şəxslər adlandırır. Cənubi Qafqaza yanaşmasında “Bura bizim təsir ərazimizdir və 200 il bizim bayrağımızın altındadır” deməsi onun keçmiş rus imperiyası abı-havasında yaşamasından başqa bir şey deyil. Ermənilərin təsiri altında olan Jironovski müstəqil Azərbaycana həmişə düşmən gözü ilə baxır və erməniləri müdafiə edir. Jirinovski yəqin unudub ki, Cənubi Qafqazda Ermənistandan fərqli olaraq Azərbaycan və Gürcüstan müstəqil ölkələrdir. Onun gerizəkalı düşüncələri cəmiyyətdə ancaq gülüş və istehza doğurur. Jirinovskinin danışığında nə mədəniyyət var, nə də səmimiyyət. Vova yəqin unudub ki, Azərbaycan 44 günlük Vətən müharibəsində hərbi gücü ilə torpaqlarını işğaldan azad etmiş, öz ərazi bütövlüyünü təmin etmişdir. O, bilmir ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Azərbaycanın razılığı ilə və məhdud fəaliyyət dairəsi ilə bizim ərazimizdədir”.

Millət vəkili qeyd edib ki, Jironovskinin ifadələri onun şəxsi düşüncələridir. Onun Azərbaycana olan ermənipərəst münasibətinin Rusiya-Azərbaycan münasibətlərinə heç bir aidiyyatı yoxdur:

“Azərbaycan – Rusiya münasibətləri prezidentlərimizin dostluğu üzərində qurulmuş, tarixi köklərə malikdir və strateji əməkdaşlıq xarakteri daşıyır. Ölkələrimiz arası münasibətlərin dərinləşməsində, inkişafında və möhkəmlənməsində dövlətlərimiz maraqlıdır. Ona görə də Rusya –Azərbaycan arasında əməkdaşlığın genişləndiurilməsi üçün geniş tərkibli hökumətlərarası kommisiya fəaliyyət göstərir. Rusiya dövləti Cənubi Qafqaza münasibətində isə Jironovskidən fərqli olaraq Azərbaycanın dövlət müstəqilliyinə hörmətlə yanaşır və bərabərhüquqlu etibarlı tərəfdaş gözü ilə baxır. Bu gün regionun gündəliyini Azərbaycan müəyyənləşdirir. Rusiya regionda uzunmüddətli sülhün əldə olunması və təhlükəsizliyin təmin edilməsi məsələsində Azərbaycanı dəstəkləyir”.

Azər Badamovun sözlərinə görə Jirinovskinin “Paşinyanı xilas edən kimi onu ancaq biz xilas edə bilərik” ifadəsi axmaqlıq və sərsəmlikdir:

“Jironovski! Sən Azərbaycanı Ermənistanla necə müqayisə edə bilərsən. Azərbaycanda möhkəm təməllər üzərində inkişaf etmiş xalq-iqtidar birliyi var. Müxalif partiyaları ilə ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşmışdır. Ölkənin müstəqilliyi, dövlətçilik məsələlərində xalqımız milli, dini mənsubiyyətindən və siyasi əqidəsindən asılı olmayaraq hamı ,,Dəmir yumruq” altında biləşdiyini görmürsənmi? Bu həmrəyliyi və birliyin simvolu olan ,,Dəmir yumruq”un erməni ordusunu darmadağın edərək ölkə ərazi bütövlüyünün təmin etməyimizi deyəsən səndə qıcıq doğurur. Sən özün üçün lağ-lağı danışa bilərsən. Sənin lağlağı siyasətçi olduğunu nəinki Rusiyada, hətta bütün dünya bilir. Sənin danışığın qeyri-ciddiliyi sənin siyasətçidən çox komik obrazını yaradır. Sənin axmaq və sərsəm düşüncələrin Azərbaycan cəmiyyəti üçün heç bir əhəmiyyəti yoxdur. Sən və sənin kimi dardüşüncəli, ermənilərin girovuna çevrilmiş şəxslər bilsinlər ki, Azərbaycan xalqı öz dövlət müstəqilliyini, iqtidarını və ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyur, lazım gələndə sarsılmaz və məğubedilməz gücə çevrilir”.

//Gülnarə Abasova, Editor.az