Vladimir Medinski Ukrayna ilə danışıqlarda iştirak etməyə hazırdırbackend

Vladimir Medinski Ukrayna ilə danışıqlarda iştirak etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin köməkçisi Vladimir Medinski sərəncam olarsa, Ukrayna ilə danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib.

O, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankaranın yenidən Moskva ilə Kiyev arasında dialoq üçün platforma təqdim etməyə hazır olması ilə bağlı sözləri ilə bağlı suala cavabında deyib. “Əgər bizə göstəriş versələr, gedərik” – Medinski deyib.

Fevralın 25-də Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermak etiraf edib ki, Rusiya münaqişənin həlli üzrə ikinci konfransa dəvət olunacaq. İlk sammit “tezliklə” İsveçrədə baş tutacaq.

Xatırladaq ki, fevralın 26-da Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı ikitərəfli münasibətləri gücləndirmək və bütün səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəldiklərini bildirib. Türkiyə prezidentinin sözlərinə görə, Vladimir Putin Türkiyəyə səfərini təxirə salmayacağına söz verib. Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sonuncu dəfə danışıqlar 2022-ci il martın 29-da İstanbulda keçirilib.

//Samir Qurbanov, Editor.az