Vladimir Medinskiy: Ukraynanın neytral statusu barədə razılıq çox yaxındırbackend

Vladimir Medinskiy: Ukraynanın neytral statusu barədə razılıq çox yaxındır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın neytral statusu və NATO-ya üzv olmaqdan imtina ilə bağlı danışıqlarda Moskva və Kiyev mövqelərini mümkün qədər yaxınlaşdırıblar. Bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlərə bildirib.

Editor.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, neytral status və Ukraynanın NATO-ya qoşulmaması mövzusu danışıqların əsas məqamlarından biridir və bu, tərəflərin mövqelərini mümkün qədər yaxınlaşdırdıqları məqamdır. Lakin diplomatın sözlərinə görə, bu məsələdə hələ də müzakirə tələb edən detallar var:
“Onlardan biri də NATO-ya qoşulmaqdan imtina etdiyi halda Ukraynanın mövcud olanlardan əlavə hansı təhlükəsizlik təminatı alacağıdır”, – Medinski bildirib.

Ukraynanın demilitarizasiyası məsələsində isə tərəflər “hardasa yarı yoldadırlar”: “Demilitarizasiyaya gəlincə, mən 50-yə 50 deyərdim. Fakt budur ki, mənim danışıqların hər hansı təfərrüatını açıqlamağa səlahiyyətim yoxdur və bunu etməyəcəyəm. Nə konkret rəqəmlərdən, nə də tərəflərin arqumentlərindən danışmayacağam”, – Medinski belə deyib.
Rusiya və Ukrayna prezidentləri arasında görüşdən bəhs edərkən isə Medinski qeyd edib ki, bu barədə danışmaq hələ tezdir:

“Mən bu barədə şərh verməyə qətiyyən hazır deyiləm, yalnız onu deyə bilərəm ki, liderlərin görüşü barədə danışmazdan əvvəl danışıqları aparan nümayəndə heyətləri müqavilənin mətnini hazırlamalı və razılaşdırmalıdırlar. Bundan sonra müqavilənin mətni xarici işlər nazirləri tərəfindən paraflanmalı, sırasıyla hökumətlər tərəfindən təsdiqlənməli, yalnız bundan sonra dövlət başçılarının zirvə görüşü keçirilməlidir”.
Ukraynanın cənubunda Rusiya ordusu Xerson vilayətini, Melitopol, Berdyanskı nəzarətə götürüb və Mariupolu blokadaya alıb, hazırda şəhərin mərkəzində döyüşlər gedir. Bu, Ukrayna Silahlı Qüvvələrini Azov dənizi sahillərindən kəsməyə və Donbassdakı bir qrup qoşunla əlaqə yaratmağa imkan verdi. Şərq istiqamətində DXR-nin xalq milisi Volnovaxanı azad edərək Verxnetoretskoye-Novoselovka-2 xəttinə çatdı. LPR qoşunları da hücumu inkişaf etdirir. Rus ordusu Balakleyanı nəzarətə götürdü. Kiyev Qərbdən blokadadır, Xarkov yaxınlığında döyüşlər gedir.

  Editor.az