Vladimir Putin “Axmat” xüsusi təyinatlıların komandiri Aptı Alaudinova zəng edib. Editor.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
Onun sözlərinə görə, prezident Ukraynada “xüsusi əməliyyat”da iştirak edən Rusiya qüvvələrinin komandirləri ilə tez-tez əlaqə saxlayır. “Bəli. Həqiqətən də belədir. Putin tez-tez qoşun rəhbərləri ilə ünsiyyət qurur”, – deyə Peskov RİA Novosti-yə bildirib.
Daha əvvəl “Axmat”ın komandiri Vladimir Putinin çərşənbə günü ona zəng etdiyini və bu yaxınlarda “Axmat” bölmələrinin yenidən yerləşdirildiyi Maryinski istiqamətində vəziyyəti müzakirə etdiyini söyləmişdi. Alaudinovun sözlərinə görə, prezident “vəziyyəti hərtərəfli bilir” və bu istiqamətdə Rusiya qüvvələrinə böyük ümidlər bəsləyir.
//Samir Qurbanov,Editor,az