Vladimir Putin bəzi Asiya və Yaxın Şərq ölkələrindən anti-Qərb koalisiyası yaratmağa çalışır – Müharibə Araşdırmaları İnstitutubackend

Vladimir Putin bəzi Asiya və Yaxın Şərq ölkələrindən anti-Qərb koalisiyası yaratmağa çalışır – Müharibə Araşdırmaları İnstitutu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bir sıra Asiya və Yaxın Şərq ölkələrindən anti-Qərb koalisiyasını yaratmağa cəhd edib.

Editor.az Müharibə Araşdırmaları İnstitutunun məlumatına istinadən bildirir ki, Sankt-Peterburqda keçirilən donanma gününə həsr olunan paradda Çin, Əlcəzair və Hindistan donanmasının gəmiləri, eyni zamanda, 31 dövlətin, o cümlədən Venesuela, Vyetnam, Kuba, Liviya, Myanma, Suriya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika ölkələrinin nümayəndələri iştirak edib. Analitiklər diqqəti Rusiya Federasiyasının müdafiə nazirinin müavini Aleksandr Fominin Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələrinin komandanı Hu Çjonminqlə görüşündə dəniz sahəsində ölkələr arasında əməkdaşlığı müzakirə etməsinə yönəldiblər.

Bundan əlavə, o, Myanma Hərbi Dəniz Qüvvələrinin komandanı Vin Htein ilə də analoji görüş keçirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kuala Lampurda Malayziyanın xarici işlər naziri Muhamad Həsənlə görüşüb və Rusiya-Malayziya diplomatik təmaslarını genişləndirmək barədə razılığa gəlib: “Rusiya son vaxtlar Venesuela, Kuba, Hindistan və Vyetnam da daxil olmaqla bir sıra bu dövlətlərlə əməkdaşlığı intensivləşdirib”, – ekspertlər əlavə edirlər.

//Samir Qurbanov, Editor.az