Vladimir Putin BMT Baş Assambleyasının 77-ci sessiyasına qatılmayacaqbackend

Vladimir Putin BMT Baş Assambleyasının 77-ci sessiyasına qatılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin BMT Baş Assambleyasının sentyabrda keçiriləcək 77-ci sessiyasında hətta onlayn formatda belə iştirak etməyəcək.

Editor.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib. Sessiyada Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. “Yox. Səfər və çıxış (BMT Baş Assambleyasının 77-ci sessiyasında Vladimir Putin tərəfindən) planlaşdırılmır ” – deyə Peskov jurnalistin müvafiq sualını cavablandırıb. Vladimir Putinin tapşırığına əsasən, BMT Baş Assambleyasının 77-ci sessiyasında Rusiya nümayəndə heyətini xarici işlər nazirinin müavini Sergey Verşinin, Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Qriqori Karasin, Rusiyanın BMT-dəki Nyu-Yorkdakı daimi nümayəndəsi Vasili Nebenzya, Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski təmsil edəcək. Qeyd edək ki, BMT Baş Assambleyası hər il sentyabrın üçüncü həftəsinin çərşənbə axşamı açılır və bu il sentyabrın 20-dən 26-dək keçiriləcək. BMT Baş Assambleyasının sonuncu, 76-cı sessiyası 2021-ci il sentyabrın 14-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında olub.

  Editor.az