Vladimir Putin Cənubi Afrikaya gedərsə, həbs olunacaqbackend

Vladimir Putin Cənubi Afrikaya gedərsə, həbs olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri Naledi Pandor bildirib ki, hökumət Vladimir Putinin həbsi üçün orderlə bağlı danışıqlar aparmalı olacaq. Bu ölkə Rusiya prezidentini ölkəyə daxil olarsa həbs etməlidir.

Editor.az bu barədə “SABC News”a istinadən xəbər verir. Xəbərə grə, Pandor qeyd edib ki, təkcə hökumətdə müzakirə deyil, həm də Rusiya tərəfi ilə məsləhətləşmələr aparılacaq, hansı ki, əvvəllər edilməyib. Pandor, jurnalistlərə şərhində, “Biz qanunvericiliyimizin müddəalarını öyrənəcəyik, nazirlər kabinetində, eləcə də Rusiyadakı həmkarlarımızla necə davam edəcəyimizi müəyyən etmək üçün müzakirələr aparacağıq” – deyib.

Xatırladaq ki, Putini həbs etmək öhdəliyi məsələsi Cənubi Afrika üçün xüsusilə aktualdır. Belə ki, avqustda Rusiya prezidentinin iştirak etməli olduğu BRİKS sammitinə məhz bu ölkə ev sahibliyi edəcək. Əvvəllər ölkə Rusiya prezidentini həbs etməyə qəti hazır olduğunu bildirməmiş və “müxtəlif maraqlı tərəflərlə əməkdaşlıq etmək” niyyətini açıqlamışdı.

//Samir Qurbanov,Editor.az