Rusiya prezidenti Vladimir Putin Çinə dövlət səfəri zamanı dayanmadan uzun-uzadı çıxışına görə tərcüməçidən üzr istəyib. O, bunu Pekində özünü evdəki kimi hiss etməsi ilə izah edib.
Rusiya prezidenti Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünə həsr olunmuş konsertdə çıxış edərkən bir neçə uzun ifadələr səsləndirərək, tərcüməçiyə rus dilindən çin dilinə tərcümə etməyə imkan verməyib: “Uzun danışdığım və tərcüməçiyə imkan vermədiyim üçün məni bağışlayın.
Mən burada özümü evdəki kimi hiss edirəm, ona görə də qərara gəldim ki, burada hamı rus dilini başa düşsün”, – deyə Putin zarafat edib.
Qeyd edək ki, Rusiya prezidentinin Çinə rəsmi dövlət səfəri mayın 16-dan 17-dək davam edəcək.
//Samir Qurbanov, Editor.az

