Rusiya prezidenti gələn ay Çinə səfər edəcək.
Editor.az bildirir ki, bu barədə çərşənbə günü Vladimir Putinin özü Çin Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşündə bildirib.
“Əlbəttə, mən Çin Xalq Respublikası Sədrinin bu ilin oktyabrında Çinə səfər etmək dəvətini qəbul etməkdən məmnun oldum.
Prezident Si Cinpinin “Bir kəmər, bir yol” ideyasını təbliğ etmək tədbiri çərçivəsində keçirilən tədbirdə iştirak etmək üçün Çinə gedəcəyəm”, – dövlət başçısı deyib.
O, bunun iki ölkənin maraqlarına tam uyğun olduğunu vurğulayıb. “Əslində bu, həm bizim böyük Avrasiya məkanı yaratmaq ideyalarımızı, həm də Çinin maraqlarını birləşdirir”, – Rusiya Prezidenti vurğulayıb.
//Samir Qurbanov, Editor.az

