Vladimir Putin Co Baydenin Kiyevə səfərini “Sarmat” ballistik raketinin sınağı ilə “qeyd edib”, lakin…backend

Vladimir Putin Co Baydenin Kiyevə səfərini “Sarmat” ballistik raketinin sınağı ilə “qeyd edib”, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin Ukraynada olarkən Rusiya “Sarmat” qitələrarası ballistik raketinin sınağını keçirib.

Editor.az bildirir ki, bu barədə CNN iki anonim ABŞ rəsmisinə istinadən məlumat verib. Onlardan biri nəşrə bildirib ki, Rusiya Federasiyası raketin konfliktdən çıxış xətləri vasitəsilə buraxılması barədə ABŞ-ı əvvəlcədən məlumatlandırıb.

Başqa bir məmur deyib ki, ABŞ raketin buraxılışını Rusiyanın eskalasiyası kimi qiymətləndirmir. Mənbə qeyd edib ki, Qərbdə “Şeytan II” ləqəbli və çoxsaylı nüvə başlığı daşıya bilən “Sarmat” qitələrarası ballistik raketinin sınağı uğursuzluqla nəticələnib. Əks halda, onların fikrincə, Rusiya prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətində bu haqda danışardı.

Qeyd edək ki, “Sarmat” raketi 11 min kilometrdən çox uçuş məsafəsinə malikdir və 100 ton ağırlığında döyüş başlığı daşıya bilir.

  //Samir Qurbanov, Editor.az