Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin onu “dəli it oğlu” adlandıran sözlərinə reaksiya verib.
Vladimir Putinin sözlərinə görə, Co Baydenin sözləri Rusiya prezidentinin əvvəllər onu Rusiya Federasiyası üçün ABŞ-ın üstünlük verdiyi rəhbəri adlandırmasına “adekvat reaksiya”dır. “Siz məndən ABŞ-ın gələcək prezidenti kimi bizə kimin üstünlük verdiyini soruşdunuz və mən dedim ki, biz istənilən prezidentlə işləyəcəyik, amma inanıram ki, bizim üçün, Rusiya üçün Bayden daha üstündür… fakt, onun dedikləridir.
Mən tamamilə haqlıyam, çünki bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır”, – deyə Vladimir Putin jurnalist Pavel Zarubinə bildirib.
Xatırladaq ki, dünən, fevralın 21-də axşam kampaniyası çərçivəsində Co Bayden Rusiya prezidenti Vladimir Putini “dəli it oğlu” adlandırmışdı.
//Samir Qurbanov, Editor.az

