Bir neçə ölkənin hakimiyyət orqanları Rusiya Federasiyasına Vladimir Putin və Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp arasında görüş platformasına çevrilməyə hazır olduqları barədə məlumat verib.
Bunu jurnalistlərə Putinin köməkçisi Yuri Uşakov brifinq zamanı bildirib. “İnterfaks” xəbər verir ki, ondan Macarıstan və Slovakiya liderlərindən oxşar təkliflərin daxil olub-olmaması ilə bağlı sual verilib.
O, bunu təsdiq etməyib: “Qəribədir ki, biz bu məsələ ilə bağlı müxtəlif ölkələrdən artıq bir neçə təklif almışıq, hadisələrin mümkün və ya qeyri-mümkün inkişafını əvvəlcədən müəyyən etməmək üçün, həmin ölkələrin adlarını çəkməyəcəyəm, – Uşakov vurğulayıb.
//Samir Qurbanov, Editor.az

