Vladimir Putin, Donald Tramp və Vladimir Zelenski İstanbulda görüşə bilərlərbackend

Vladimir Putin, Donald Tramp və Vladimir Zelenski İstanbulda görüşə bilərlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, rəsmi Ankara Rusiya, ABŞ və Ukrayna liderləri Vladimir Putin, Donald Tramp və Vladimir Zelenskinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək görüşünə ev sahibliyi etməyə hazırdır: “Biz ürəkdən inanırıq ki, İstanbulda birinci və ikinci birbaşa danışıqları cənab Ərdoğanın rəhbərliyi altında Tramp, Putin və Zelenski arasında keçiriləcək görüşlə yekunlaşdırmaq olar”, – Hakan Fidan Kiyevdə mətbuat konfransında deyib.

Qeyd edək ki, Vladimir Zelenski Vladimir Putin və Donald Trampla üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirib. Ukrayna Xarici İşlər Nazirliyi belə bir görüşün təşkili üzərində işlədiyini deyib. Amerika prezidenti də belə bir ehtimala ehyam vurub. Kreml də bunu istisna etməyib.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aydınlıq gətirib ki, liderlərin görüşü Rusiya və Ukrayna nümayəndə heyətləri arasında müxtəlif istiqamətlər üzrə konkret razılaşmaların nəticəsi olmalıdır.

//Samir Qurbanov, Editor.az