Vladimir Putin Emmanuel Makronu aldadıbbackend

Vladimir Putin Emmanuel Makronu aldadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron artıq Rusiya Federasiyasının işğalçı ölkəsinin başçısı Vladimir Putinə etibar etmir.

Editor.az bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 11-də dərc olunan “Le Monde” nəşrinə son vaxtlar Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı daha cəsarətli açıqlamalar verməyə başlayan Fransa prezidentinin mövqeyinin dəyişməsinə nə səbəb olduğu haqda suala cavab verərkən deyib.

“Düşünürəm ki, o, Putinin onu şəxsən aldatdığını anlayıb. Bir neçə gün əvvəl Putin bəzi liderlərə genişmiqyaslı işğal olmayacağına dair söz vermişdi. Bu səbəbdən Emmanuel Makron artıq Putinə etibar etmir. Doğrudan da, bu, müəyyən vaxt apardı. , amma nəticəsi var”, – deyə Zelenski bildirib. Zelenski həmçinin qeyd edib ki, Makron Ukraynanın müdafiəsinin Avropa və Fransanın müdafiəsi olduğunu “mükəmməl başa düşür”.

“Dünən (martın 10-da) söhbətimiz zamanı ona Ukraynaya çox vaxt ayırdığına görə təşəkkür etdim. O, belə cavab verdi: “Əlbəttə, amma bilmənizi istəyirəm ki, mən bunu Fransa naminə edirəm”.

//Samir Qurbanov, Editor.az