Vladimir Putin Emoməli Rəhmona orden verdibackend

Vladimir Putin Emoməli Rəhmona orden verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin bu gün təntənəli mərasimdə Tacikistan Respublikasının lideri Emoməli Rəhmona üçüncü dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordenini təqdim edib.

Editor.az-ın məlumatına görə, mükafatlandırma mərasimi Kremldə baş tutub və iki dövlət liderləri arasında Tacikistan-Rusiya münasibətlərinə dair danışıqlardan sonra keçirilib.

Qeyd olunur ki, Emoməli Rəhmon Rusiya ilə Tacikistan arasında münasibətlərin inkişafına verdiyi töhfəyə, regionda sülhün və sabitliyin təminatına, eləcə də iki dövlət arasında münasibətlərin yaxşılaşdırılmasında şəxsi iştirakına görə dövlət mükafatı ilə təltif edilib.

Tacikistan Prezidenti Emoməli Rəhmon qlobal və regional məsələləri müzakirə etmək üçün Rusiya lideri ilə işgüzar görüş keçirmək üçün bu gün Moskvaya uçub. 2022-ci ildə Emoməli Rəhmonun 70 illik yubileyi ərəfəsində Rusiya lideri onu üçüncü dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordeni ilə təltif edən fərman vermişdi.

//Samir Qurbanov, Editor.az