Rusiya lideri Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı rəsmi İrəvanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bildirib. “Söhbət təkcə son münaqişənin nəticələrindən getmir.
Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb. Burada sual doğuracaq nə var? Bu, bütün problemin əsas komponentidir”, – Vladimir Putin deyib. Dövlət başçısı qeyd edib ki, Praqa bəyanatı bu yazılı şəkildə də əksini tapıb.
Putin həmçinin bildirib ki, Azərbaycan rəhbərliyi hər hansı bir etnik təmizləmə aparılmadan Ermənistan-Azərbaycan nizamlanmasının yumşaq prosesində maraqlıdır.
Bundan əlavə, Rusiya prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanla daim təmasda olduğunu və bu yaxınlarda ondan ətraflı məktub aldığını vurğulayıb.
//Samir Qurbanov, Editor.az