Vladimir Putin Ermənistana gedərsə…backend

Vladimir Putin Ermənistana gedərsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putinin səfərini əlaqələndirmək üçün Rusiya tərəfi Ermənistandan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) nizamnaməsini ratifikasiyası ilə əlaqədar təminat almalıdır.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Lakin o, təsdiqləmə prosesinin nə qədər çəkə biləcəyini açıqlamayıb. Peskov bildirib ki, Ermənistanın BCM-nin Roma “Əsasnaməsi”nə qoşulması “ikitərəfli münasibətlərə mənfi təsir göstərməyə bilməz”. “Əlbəttə, erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir, bu məsələ ikitərəfli dialoq çərçivəsində həllini tapmalıdır”, – Kreml nümayəndəsi mətbuata konfransı zamanı bildirib.

Xatırladaq ki, 2023-cü ilin martında BCM-nin məhkəməyə qədərki palatası Vladimir Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib. Sərəncam “uşaqların Ukraynadan qanunsuz çıxarılması” işi üzrə verilib. BCM-nin üzvü olan istənilən ölkə məhkəmənin qərarlarına əməl etməyə borcludur. Oktyabrda Ermənistan prezidenti Vaaqn Xaçaturyan BCM-nin Roma Statutunun ratifikasiyasını təsdiqləyib. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o, müəyyən şəxslərin həbsi, o cümlədən BCM-nin orderi ilə bağlı qərar qəbul etmir.

//Samir Qurbanov, Editor.az