Rusiya prezidenti Vladimir Putini 2024-cü ildə Müttəfiqlərin Normandiyada desantın 80 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərinə qatılmaq üçün Faransaya dəvət oluna bilər.
Editor.az bildirir ki, bunu Fransa prezidenti Emmanuel Makron “France 5” televiziyasına müsahibəsində deyib. Dövlət başçısının sözlərinə görə, bu, Putin və Ukrayna prezidenti Zelenski arasında sülh danışıqlarının başlanması təqdirdə baş verə bilər.
Fransa prezidenti ilə “France 5”-də danışan jurnalistlər ehtimal ediblər ki, Vladimir Putin Müttəfiqlərin Normandiyaya çıxarılmaının 80 illiyi ilə bağlı tədbirlərə dəvət olunanlar arasında yəqin ki, olmayacaq.
Buna Makron belə cavab verib: “Əgər o, sülh danışıqları aparmasa və Zelenski ilə vəziyyəti dəyişməsə, hə”.
Xatırladaq ki, Rusiya prezidenti sonuncu dəfə 2014-cü ildə Müttəfiqlərin desantının ildönümündə Fransaya səfər etmişdi.
//Samir Qurbanov, Editor.az

