Vladimir Putin G20 sammitinə dəvət edilsin, edilməsin? – Emmanuel Makron cavablandırdıbackend

Vladimir Putin G20 sammitinə dəvət edilsin, edilməsin? – Emmanuel Makron cavablandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron assosiasiyanın digər üzvləri ilə Vladimir Putinin Braziliyada keçiriləcək G20 sammitinə dəvət edilməsinin mümkünlüyünü müzakirə etməyi zəruri hesab edir.

Editor.az bildirir ki, o, bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. “Kimin nə düşündüyünü, başqaları ilə necə işlədiyini soruşmaq həmişə faydalıdır.

Axı bu klubların məqsədi odur ki, hər şey digər 19 üzvlə razılaşdırılmalıdır. Dəvət olunan şəxsin azadlığı ilə hər kəsə hörmət arasındakı uyğunluq məhz budur”, – deyə Makron izah edib. O, Fransanın Breqanson şəhərində keçiriləcək G7 sammitinə hazırlıq zamanı eyni sualla üzləşdiyini xatırladıb. Həmin vaxt bir sıra görüş iştirakçıları Putin dəvət edilərsə, gəlməyəcəklərini bildirmişdilər. Eyni zamanda Emmanuel Makron qeyd edib ki, onun Braziliya prezidentinə “dərs vermək” hüququ yoxdur və sammitə kimi dəvət edəcəyinə özü qərar verməlidir.

Xatırladaq ki, may ayında Lula da Silva Vladimir Putinlə telefon danışığı aparıb. Braziliya prezidenti rusiyalı həmkarını 2024-cü ildə keçiriləcək G20 sammitinə dəvət edəcəyinə söz verib. O, Putinlə yaxşı münasibətdə olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az