Vladimir Putin G20 sammitinə gedəcəkmi?- Braziliya Monqolustan deyilbackend

Vladimir Putin G20 sammitinə gedəcəkmi?- Braziliya Monqolustan deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin Braziliyada keçiriləcək birləşmə sammitinə getməklə bağlı hələ qərar verməyib.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Hələ bununla bağlı heç bir qərar verilməyib… Şerpamız həmkarları ilə fəal işləməyə davam edir. Biz orada öz maraqlarımızı müdafiə edirik, lakin prezident hələ heç bir qərar qəbul etməyib”, –Peskov bildirib.

Braziliya 2023-cü ilin martında “əhalinin (uşaqların) Ukraynadan qeyri-qanuni deportasiyası ilə bağlı hərbi cinayətlərə” görə Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Əsasnaməsini ratifikasiya edən ölkələrdən biridir. Braziliya prezidenti Lula da Silva bildirib ki, səfərinin nəticələrini Putin özü qiymətləndirməlidir.

Qeyd edək ki, bu həftə Rusiya prezidenti Monqolustana səfər edib və bu ölkə də BCM-nin yurisdiksiyasını tanıyır. “Politico” yazıb ki, Monqolustan həbs qərarına əməl etməkdən imtina etdiyinə görə mühakimə oluna bilər.

//Samir Qurbanov, Editor.az