Vladimir Putin gecə Rostova səfər edib və komandirlərə “Salam” göndəribbackend

Vladimir Putin gecə Rostova səfər edib və komandirlərə “Salam” göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti  Vladimir Putin gecə Rostov-na-Dona səfər edib. O, hərbi qərargahda olub və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovdan Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı fikirlərini dinləyib.

Editor.az bildirir ki, bu barədə “RIA_Kremlinpool” Telegram kanalında məlumat verilib. Yayımlanan qısa videoya əsasən, Putin axşam saatlarında gəlib və Gerasimov onu qarşılayıb. Gerasimov ona müharibənin gedişi barədə məlumat verib.

Generalın sözlərinə görə, birləşmiş qoşunlar qrupu “SVO” adlanan qurumun “planına uyğun olaraq” öz tapşırıqlarını yerinə yetirir. Putin Müdafiə Nazirliyinin digər rəhbərləri ilə də danışıb. Jurnalistlər Putindən sitat gətiriblər: “Bütün komandirlərə salam deyin. Hər vaxtınız xeyir”.

//Samir Qurbanov, Editor.az