Hərbi ekspert Aleksandr Musienko Rusiyanın İrandan yeni ballistik raketləri, Ukrayna pilotsuz təyyarəsinin taleyi və Rusiyada səfərbərliklə bağlı real vəziyyətdən danışıb. Bu barədə Editor.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, “Bunker adamı” yenidən çıxış edib və bildirib ki, Ukraynanın iri şəhərlərinin infrastrukturunun atəşə tutulması qismən Sevastopola cavabdır: “Amma siz də, mən də bilirik ki, bu cür hücumlar iki günə hazırlanmır”.
Musienko deyib ki, oktyabrın 10-da Ukraynanın atəşə tutulması Krım körpüsündə baş verən partlayışdan sonra olmuşdu:
“İki gün ərzində Rusiya İstintaq Komitəsi araşdırma aparıb, guya Ukrayna hərbi kəşfiyyatının rəhbəri ilə əlaqə saxlayıb və deyib ki, bunu biz təşkil etmişik. Ruslar Krım körpüsünə görə qisas almaq üçün atəşə başladı.
Amma bütün bunlar o qədər də tez təşkil oluna bilməz, çox güman ki, əvvəldən planlaşdırılıbmış. Ukrayna qoşunlarının Xarkov istiqamətində uğurlu əks-hücum əməliyyatından sonra Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilmişdi.
Putin də orada idi. Elə həmin günlərdə Xarkov yaxınlığında böyük elektrik stansiyası və Krivoy Roqda hidrotexniki qurğular atəşə tutuldu. Putindən Xarkov vilayətində rus qoşunlarının geri çəkilməsinə necə reaksiya verəcəyi ilə bağlı suala o, belə cavab verib: “Artıq müəyyən siqnallar göndərmişik. Gələcəkdə daha çox olacaq”. Hər şey aydındır. O, bu barədə ictimaiyyətə danışmışdı. Bu, oktyabrdan əvvəl baş vermişdi və diqqətlə hazırlanmışdı.
Sonra Suriyanın dəhşətli bombalanmasında iştirak edən Surovikin gəldi. Düşünürəm ki, o, rəğbət qazanmaq və yanaşmasının sələflərindən daha yaxşı olduğunu göstərmək istəyirdi. Görünür, həftələr ərzində hazırlaşıblar. Lazım olan sursatların ötürülməsi, təyyarələrin hazırlanması, planlar, koordinatlar və s. bir gün ərzində olmur”.
//Samir Qurbanov,Editor.az

