Vladimir Putin Hindistana gedəcəkbackend

Vladimir Putin Hindistana gedəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin Hindistana səfərinin tarixləri daha sonra açıqlanacaq.

Bu barədə onun mətbuat katibi Dmitri Peskov bildirib. “Roskongress”in veb saytındakı məlumata görə, 4-5 dekabr tarixlərində Yeni Dehlidə ikitərəfli forum keçiriləcək və “tədbir Vladimir Putinin 5 dekabra planlaşdırılan dövlət səfəri ilə üst-üstə düşəcək”. Təşkilatçılar vurğulayıblar ki, forumun mərkəzi tədbiri Rusiya prezidenti ilə plenar iclas olacaq.

Proqrama həmçinin birgə istehsal, turizm əməkdaşlığı və turist axınının artırılması ilə bağlı bir sıra müzakirələr də daxil olacaq.
Rusiya xarici işlər naziri Sergey Lavrov əvvəllər Vladimir Putinin dekabr ayında Yeni Dehliyə səfər etmək niyyətini açıqlamışdı. O, iki ölkə arasında münasibətlərin xüsusi imtiyazlı strateji tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulayıb.

//Samir Qurbanov, Editor.az