Vladimir Putin İbraim Rəisiyə zəng etdibackend

Vladimir Putin İbraim Rəisiyə zəng etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar ertəsi, martın 6-da Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisiyə zəng edib. Tərəflər iki dövlət arasında münasibətlərin dinamikasını müzakirə ediblər.

Editor.az Kremlin mətbuat xidmətinin bu gün verdiyi məlumata istinadən bildirir ki, söhbət zamanı prezidentlər Rusiya ilə İran arasında münasibətlərin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndiriblər.

Putin və Rəisi müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən birgə infrastruktur layihələrinin həyata keçirilməsi məsələsini də müzakirə ediblər. Söhbəti yekunlaşdıran Rusiya və İran liderləri gələcək əlaqələri davam etdirmək barədə razılığa gəliblər.

  //Samir Qurbanov,Editor.az