Vladimir Putin ilin sonuna kimi Ukraynanın dörd regionuna tam nəzarəti ələ keçirmək istəyirbackend

Vladimir Putin ilin sonuna kimi Ukraynanın dörd regionuna tam nəzarəti ələ keçirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya lideri Vladimir Putin əmindir ki, onun qoşunları ilin sonuna kimi Ukraynanın müdafiəsini yarmaq və iddia etdiyi dörd bölgəyə tam nəzarəti ələ keçirə biləcəklər.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən yazır. Qəzet bildirir ki, bu o deməkdir ki, Putin çətin ki, iki liderin telefon danışığı zamanı Donald Trampa hər hansı mənalı güzəşt təklif etsin və Avropa rəsmiləri Trampın nə olursa-olsun nizamlanmaya cəhd edə biləcəyindən narahatdırlar: “Döyüşlərin dayandırılması ilə bağlı bütün söhbətlərə baxmayaraq, Putin məqsədlərinə çatmaq üçün uzun sürən müharibəyə hazırdır və Kremlə yaxın olan digər iki şəxsin sözlərinə görə, o, ABŞ-ın gələcək sanksiyaları perspektivinə nikbin baxır”.

Kremllə sıx əlaqələri olan siyasi məsləhətçi Sergey Markovun qeyd etdiyi kimi, Tramp Putinin atəşkəsə razı olmasını istəyir, lakin Putin özü bunu qəti şəkildə istəmir.

//Samir Qurbanov, Editor.az