Vladimir Putin ilk dəfə Aleksey Navalnının ölümünü şərh etdibackend

Vladimir Putin ilk dəfə Aleksey Navalnının ölümünü şərh etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin martın 17-də keçirilən prezident seçkilərinin nəticələrinə dair mətbuat konfransında müxalifətçi Aleksey Navalnının koloniyada ölməsinə münasibət bildirib.

Editor.az bildirir ki, bu barədə “Meduza” xəbər verir. “Cənab Navalnıya gəlincə. Bəli, o dünyasını dəyişdi. Bu, həmişə kədərli hadisədir. İnsanların həbsxanada ölməsi ilə bağlı başqa hallarımız da olub. Amma bu, ABŞ-da olmayıb? Dəfələrlə olub”, – Putin deyib.

Putin Navalnının tərəfdaşlarından siyasətçi ilə mübadilə təklifi alması barədə məlumatı təsdiqləyib. O, Navalnının Rusiyaya qayıtmaması şərti ilə mübadiləsinə razılaşdığını bildirib. “Mənimlə danışan adam hələ cümləsini bitirməmişdi, mən də dedim: “Razıyam”.

Amma təəssüf ki, baş verənlər oldu. Dedim ki, yalnız bir şərtlə onu dəyişəcəyik ki, qayıtmasın. Qoy orada otursun. Hamısı bu qədər. Belə hallar olur”, – Putin bildirib. Nəşr qeyd edib ki, bu, Putinin Navalnının ölümü ilə bağlı ilk şərhidir.

//Samir Qurbanov, Editor.az