“Əgər Kanada parlamentinin keçmiş sədri “Ukrayna-Kanada nasistinin Hitlerin tərəfində vuruşduğunu bilmirsə, deməli, o, axmaqdır”.
Editor.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Valday” klubu üzvlərinin suallarını cavablandırarkən deyib.
O, “SS Galicina” diviziyasının veteranı Yaroslav Qunkonun Kanada parlamentindəki çıxışı ilə son vaxtlar səs-küylü bir qalmaqala toxunub. Putinin sözlərinə görə, bu hadisə və konkret olaraq kanadalı spikerin Qunkonun Ukrayna və Kanada qəhrəmanı kimi “vətəninin müstəqilliyi uğrunda ruslara qarşı vuruşmuş” çıxışı siyasətçinin ya savadsızlığından, ya da onun əclaf olmasından xəbər verir.
Rus lider deyib ki, Zelenski guya “Holokostu belə inkar edir, Kanada parlamenti nasist işbirlikçiləri, nasistləri və hazırkı Ukrayna ordusunu eyni səviyyəyə qoyur”. Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin bu həftə Kanadaya səfəri zamanı görüşə dəvət olunmuş Vaffen-SS “Galiçina” diviziyasının 98 yaşlı veteranı Yaroslav Qunko bu ölkənin parlamentində alqışlarla qarşılanıb.
Parlament iclası zamanı Kanada İcmalar Palatasının spikeri Entoni Rot bildirib ki, zalda “Ukrayna-Kanada veteranı, Ukraynanın müstəqilliyi uğrunda ruslara qarşı vuruşan və 98 yaşında bu gün də Ukrayna ordusuna dəstək verməyə davam edən İkinci Dünya Müharibəsi veteranı iştirak edib”. Bu qalmaqaldan sonra Entoni Rota Kanada İcmalar Palatasının sədri vəzifəsindən istefa verib.
//Samir Qurbanov, Editor.az

