Vladimir Putin Kazanda Rəcəb Tayyib Ərdoğanı gözləyəcəkbackend

Vladimir Putin Kazanda Rəcəb Tayyib Ərdoğanı gözləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin Türkiyə parlamentinin sədri Numan Kurtulmuşla görüşüb. Rusiya prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək BRİKS sammitində gözlədiyini bildirib.

“Bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti cənab Ərdoğan və mən Astanada görüşdük, oktyabrda Kazanda, BRİKS sammitində bir-birimizi yenidən görəcəyik, onunla ayrıca görüş planlaşdırırıq”, – deyə Vladimir Putin bildirib. Dövlət başçısının sözlərinə görə, Moskva ilə Ankara arasında münasibətlər “demək olar ki, bütün sahələrdə çox uğurla inkişaf edir”.

Numan Kurtulmuş görüşdə bildirib ki, Türkiyə Rusiya ilə dünya problemlərinə ortaq baxışdan məmnundur. O, həmçinin bildirib ki, Ankara heç vaxt Moskvaya qarşı sanksiyaları dəstəkləməyib.
Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri sonuncu dəfə iyulun 3-də Astanada görüşüblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, tərəflər Ukrayna və Suriyadakı münaqişələri, həmçinin “iki ölkə arasında yığılmış bütün həssas məsələləri” müzakirə ediblər. Görüşdə Rəcəb Tayyib Ərdoğan Vladimir Putini Türkiyəyə səfərə dəvət edib.

//Samir Qurbanov, Editor.az