Vladimir Putin Kim Çen Ina avtomobil hədiyyə edibbackend

Vladimir Putin Kim Çen Ina avtomobil hədiyyə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina avtomobil hədiyyə edib.

Editor.az bildirir ki, bunu Dmitriy Peskov deyib. Kreml nümayəndəsi bildirib ki, bu, “Arus” markalı avtomobil olub. O, başqa təfərrüatları açıqlamayıb.

Putinin KXDR liderinə Rusiya istehsalı olan avtomobil hədiyyə etməsi faktını bir gün əvvəl Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər verib, avtomobilin markası və modelinin adı açıqlanmayıb.

Dekabrda məlum olub ki, Kim Çen In respublikaya tədarükü sanksiyalarla qadağan olunan “Maybach” avtomobili alıb. Cənubi Koreyanın SBS telekanalı qeyd edib ki, güman ki, söhbət 2019-cu ildə buraxılan “Benz Maybach”dan gedir.

//Samir Qurbanov, Editor.az