Rusiya lideri Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin çəkilməsindən sonra ilk dəfə Kursk vilayətinə səfər edib.
Bu haqda xəbərdə bildirilir ki, prezident könüllülərlə görüşüb, tikilməkdə olan Kursk AES-2-yə baş çəkib və Kurçatovda vilayətin bələdiyyələrinin rəhbərləri ilə görüşüb. Könüllülərlə görüşdə regionun rəhbəri vəzifəsini icra edən Aleksandr Xinşteyn və Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko da iştirak edib.
Xatırladaq ki, Ukrayna hərbçiləri Kursk vilayətinin ərazisinə 2024-cü ilin avqustunda daxil olmuşdular.
//Samir Qurbanov, Editor.az