Vladimir Putin kütləvi nüvə zərbələri ilə bağlı təlimlər keçiribbackend

Vladimir Putin kütləvi nüvə zərbələri ilə bağlı təlimlər keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya silahlı qüvvələri Vladimir Putinin rəhbərliyi altında “strateji nüvə qüvvələri tərəfindən kütləvi nüvə zərbəsi endirmək üzrə təlimlər” keçirib.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: “Ali Baş Komandan Vladimir Putinin rəhbərliyi altında quru, dəniz və hava strateji müdafiə qüvvələrinin təlimi keçirilib. Bu təlim zamanı praktiki atışlar keçirilib, ballistik və qanadlı raketlərin buraxılışı baş verib”.

Müdafiə nazirliyi təlim zamanı “Tu-95MS” strateji raketdaşıyıcısının uçuşlarının görüntülərini də yayıb. Baş Qərargah rəisi Valeri Gerasimov təlimləri zamanı iki “Tu-95MS” strateji təyyarəsi raket buraxılışının yerinə yetirildiyini bildirib.

  //Samir Qurbanov, Editor.az