RF prezidenti Vladimir Putin yeni müddətə namizəd olmaq qərarına gəldiyi üçün 2024-cü ildən sonra da hakimiyyətdə qalacaq.
Editor.az bildirir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb. Vladimir Putinin ən azı 2030-cu ilə qədər hakimiyyətdə qalmasını nəzərdə tutan və mart ayında keçiriləcək prezident seçkilərində iştirak etmək qərarına gəldiyi bildirilir.
Xatırladaq ki, 1999-cu ildə Boris Yeltsindən prezidentliyi təhvil alan Putin artıq İosif Stalin dövründən bəri bütün digər Rusiya hökmdarlarından daha uzun müddət prezidentlik kürsüsündə olub. Bununla o, hətta Leonid Brejnevin 18 illik hakimiyyətini də geridə qoyub.
Oktyabrın 7-də Putinin 71 yaşı tamam olmasına baxmayaraq, o, hakimiyyətini daha 6 il uzatmaq qərarına gəlib. Agentlik mənbələri Putinin qərarı ilə bağlı xəbərlərin artıq mətbuata sızdığını və müşavirlərin hazırda Putinin seçki kampaniyası və seçkilərinə hazırlaşdıqlarını bildiriblər.
/Samir Qurbanov, Editor.az

