Macarıstan Rusiya-Amerika danışıqları üçün məkan təmin etməyə hazırdır.
Editor.az bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bunu Kremldə Rusiya lideri ilə görüşdə açıqlayıb: “Bugünkü görüşümüz Macarıstanın bu cür danışıqlar üçün məkan təmin etməyə hazır olduğunu təsdiqləmək üçün bir fürsət yaradır”, – deyə Orban Rusiya lideri ilə görüşün əvvəlində bildirib. “Biz bu prosesin uğurla başa çatmasına kömək etməyə hazırıq.”
Macarıstan rəhbərliyi Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında sammit üçün öz məkanını təmin etməyi təklif edib. Amerika lideri görüşü Budapeştdə keçirməyə hazır olduğunu təsdiqləyib, lakin sonradan “vaxt itirmək” istəmədiyini və buna görə də Rusiya prezidenti ilə danışıqlarda iştirak etməyəcəyini bildirib. Vladimir Putin amerikalı həmkarının Budapeştdəki sammiti ləğv etməkdənsə, təxirə salmaqdan danışdığını iddia edib.
//Samir Qurbanov, Editor.az

