Vladimir Putin “müəyyən güzəştlərə” getməyə məcbur olacaqbackend

Vladimir Putin “müəyyən güzəştlərə” getməyə məcbur olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasında “əhəmiyyətli irəliləyiş əldə edib” və Vladimir Putin sülh sazişinin bağlanmasında “müəyyən güzəştlərə” getməyə məcbur olacaq.

Editor.az bildirir ki, bunu fevralın 25-də Ağ Evin YouTube kanalında yayımlanan brifinqdə ABŞ prezident administrasiyasının sözçüsü Karolin Levitt deyib. “Reallıqda Putin bu razılaşmaya nail olmaq üçün müəyyən güzəştlərə getməli olacaq. Razılığa gəlmək üçün isə hər iki tərəfi masaya dəvət etməlisən. Və adətən yaxşı razılığa gələndə hər iki tərəf masadan bir qədər narazı şəkildə ayrılır. Mən prezidentin və komandasının müzakirə etdiyi güzəştləri sadalamayacağam”, – mətbuat katibi bildirib. Leavitt qeyd edib ki, “danışıqlar davam edir” və “Tramp həqiqətən sülh sazişinin əldə edilməsinə sadiqdir”.

//Samir Qurbanov, Editor.az