Vladimir Putin namizədliyini irəli sürmək niyyətini hələ açıqlamayıb – Dmitri Peskovbackend

Vladimir Putin namizədliyini irəli sürmək niyyətini hələ açıqlamayıb – Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın növbəti prezidenti Vladimir Putin kimi və ya “fərqli, lakin yenə də onun kimi” olmalıdır.
Editor.az bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskov MGIMO 360 tələbə xəbər kanalına müsahibəsində növbəti prezidentin necə olması barədə suala cavabında “onun kimi” deyib. Bunun mümkün olub-olmadığını soruşduqda, Dmitri Peskov dedi: “Fərqli də ola bilər, amma yenə də onun kimi” cavabını verib.
Qeyd edək ki, Vladimir Putin hələ 2024-cü ilin yazında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlamayıb. O, 19 ildir ki, bu vəzifəni icra edir. “Putin namizədliyini irəli sürmək niyyətini hələ açıqlamayıb. Amma mən ürəkdən inanmaq istəyirəm ki, o bunu edəcək. Onun seçkilərdə qalib gələcəyinə və bundan sonra da prezidentimiz olacağına şübhəm yoxdur. Sonra da görəcəyik”, – deyə Peskov ümid etdiyini bildirib. Prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi planlaşdırılır.

Samir Şahbazlı

Facebook Notice for EU! You need to login to view and post FB Comments!