Vladimir Putin Nikol Paşinyana xəbərdarlıq etdi: Geriyə dönüş üçün hələ gec deyilbackend

Vladimir Putin Nikol Paşinyana xəbərdarlıq etdi: Geriyə dönüş üçün hələ gec deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqə saxladığını və onların bir-biri ilə ünsiyyətində heç bir problem olmadığını bildirib.

“O, mənə ətraflı məktub göndərib. Onunla əlaqə saxlayırıq. Bizim Ermənistanla və baş nazir Paşinyanla heç bir problemimiz yoxdur”, – Vladimir Putin deyib.

Eyni zamanda, vaxtaşırı humanitar komponent və Rusiya sülhməramlılarının mandatı ilə bağlı suallar yaranır. “Düzdür, bəli. Mandat hələ də qüvvədədir, lakin humanitar xarakterli məsələlər… təbii ki, onlar aradan qalxmayıb.

Mən bununla tamamilə razıyam”, – Rusiya lideri qeyd edib. Vladimir Putin Ermənistanın ABŞ-la əməkdaşlığından da danışıb və vurğulayıb: “Düşünmürəm ki, burada heç bir geriyə dönüş yoxdur”.

//Samir Qurbanov, Editor.az