ABŞ hakimiyyəti ikitərəfli kanallar vasitəsilə Rusiyaya prezident Vladimir Putini Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransiskoda keçiriləcək sammitinə dəvət etməyi planlaşdırmadıqlarını bildiribər.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və APEC-in yüksək vəzifəli rəsmisi Marat Berdıyev məlumat verib. “Biz Amerika tərəfi ilə işləməyə davam edirik ki, onlar tədbirin ev sahibi ölkə kimi həyata keçirmələri tələb olunan lazımi tədbirləri yerinə yetirsinlər.
Mən Rusiya Federasiyasının yüksək rütbəli məmuru kimi onlarla fəal əlaqə saxlayıram və bir daha Rusiya liderinə dəvət göndərilməsi ilə bağlı sorğu göndərmişəm”, – deyə Berdyev RİA Novosti-yə bildirib. “Washington Post” qəzeti Amerika rəsmilərinə istinadən ABŞ-ın Vladimir Putini iyulda keçiriləcək sammitə dəvət etməmək qərarından bəhs edib. Kreml daha sonra “əlbəttə, dəvət gözləmədiklərini” söyləyib.
Sammit noyabrda baş tutacaq. WP-nin məlumatına görə, Honq-Konqun icraçı direktoru Con Lini də sammitə dəvət etmək planı yoxdur. Nəşr qeyd edib ki, belə bir qərar Çin prezidenti Si Cinpinin tədbirdə iştirakdan imtinasına səbəb ola bilər. Bu xəbərdən sonra Honq-Konq hakimiyyəti ABŞ-dan qərarını dəyişməyi tələb edib.
//Samir Qurbanov, Editor.az