Vladimir Putin: Nüvə müharibəsi təhlükəsi artırbackend

Vladimir Putin: Nüvə müharibəsi təhlükəsi artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Doğrusunu desək, nüvə müharibəsi təhlükəsi artır”.

Editor.az bildirir ki. bu sözləri Rusiya prezidenti Vladimir Putin “Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurası”nın iclası zamanı deyib. Lakin onun nüvə təhdidləri bununla bitmədi.

V.Putin bu cür silahlardan istifadənin mümkünlüyü ilə bağlı bir sıra bəyanatlar da verib: “Rusiya birinci olaraq nüvə silahından istifadə etməyəcək. Amma birinci istifadə etməsə, deməli, ikinci olaraq da istifadə edə ilməyəcək”. O, həmçinin auditoriyanı əmin edib ki, Rusiya hələ ki, dəli olmayıb və nüvə silahının nə olduğunu yaxşı bilir:

“Biz nüvə silahını bütün dünyada ülgüc kimi istifadə etmək fikrində deyilik”. Bundan əlavə, Putin deyib ki, Rusiya nüvə silahını “müdafiə vasitəsi” hesab edir.

  //Samir Qurbanov, Editor.az