Vladimir Putin nüvə silahına əl atacaqmı? Ağ evdən açıqlama gəldibackend

Vladimir Putin nüvə silahına əl atacaqmı? Ağ evdən açıqlama gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Putinin Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində keçirdiyi əməliyyata cavab olaraq nüvə silahından istifadə edə biləcəyi ilə bağlı suallara cavab verib.

“Amerikanın Səsi” xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbinin avqustun 15-də jurnalistlərlə söhbəti zamanı deyib ki, Putin narahatdır, lakin ABŞ Kremldən nüvə ritorikasının artdığını görmür: “Əgər Putin ora qoşun yeridirsə, deməli, baş verənlərdən narahatdır. Bilmirəm, bu, çarəsizlikdir, ya yox, amma o, Kursk bölgəsində baş verənlərə mütləq reaksiya verir.

Amma biz nüvə silahları ilə bağlı eskalator ritorikanı nə görməmişik, nə də eşitməmişik”, – Kirbi bildirib. Bununla belə, o əlavə edib ki, bu gün ABŞ-ın nüvə təhlükələri ilə bağlı öz hesablamalarını və ya strateji çəkindirmə mövqeyini dəyişməyə əsası yoxdur.

//Samir Qurbanov, Editor.az