Vladimir Putin Qərbi təhdid etdi: Vuracağıqbackend

Vladimir Putin Qərbi təhdid etdi: Vuracağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hökmdarı Vladimir Putin Ukraynaya yardım və Rusiya ərazisində xarici silahların istifadəsinə icazə verilməsi ilə bağlı Qərbi hədələyən bir sıra bəyanatlar verib.

Rusiya təbliğat mediasının məlumatına görə, Putin mətbuatla ünsiyyət zamanı Ukraynaya Qərb silahlarının tədarükü və Rusiya ərazisinə zərbələr endirmək icazəsinə xüsusi diqqət yetirib: “Əgər kimsə bizə hücum etmək üçün silah verə biləcəyini düşünürsə, onda niyə görə biz onların həssas obyektlərinə hücumların həyata keçiriləcəyi bölgələrə öz uzaqmənzilli silahlarımızı çatdıra bilmirik”, – deyə Putin təhdid edib.

Bundan əlavə, o, Almaniya tanklarının Ukraynada görünməsinin “Rusiyada mənəvi və etik sarsıntıya səbəb olduğunu və raketlərin tədarükü Rusiya-Almaniya münasibətlərini tamamilə məhv etdiyini” söyləyib. Putin həmçinin bildirib ki, Ukrayna guya təkcə silahla təmin olunmur, həm də onlara nəzarət olunur: “Bu, çox ciddi və çox təhlükəli addımdır”, – Putin bildirib.

//Samir Qurbanov, Editor.az