Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etməyəcəkbackend

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Rusiyanı Dövlət Dumasının sədri Vyaçeslav Volodin təmsil edəcək.

Editor.az bildirir ki, bu barədə onun köməkçisi Yuri Uşakov bildirib. Bundan əvvəl Türkiyə Cümhuriyyəti başçısının müşaviri Mehmet Uçum Ərdoğanın iyunun 3-də mümkün andiçmə mərasimini açıqlamışdı.

Xatırladaq ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov yaxın gələcəkdə Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın ikitərəfli görüş keçirəcəyini bildirib. Bundan əlavə, Türkiyə mətbuatı Rusiya prezidentinin iyulda Ankaraya səfər etməyi planlaşdırdığı barədə də məlumat yayıb.

  //Samir Qurbanov,Editor.az