Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin gələcək inkişafı ilə bağlı iclas keçirəcəkbackend

Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin gələcək inkişafı ilə bağlı iclas keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin bu gün Kremldə Rusiya Silahlı Qüvvələrinin gələcək inkişafı (formalaşdırılması) ilə bağlı iclas keçirəcək.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. Peskov deyib ki, tədbirdə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, müdafiə naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov, FSB direktoru Aleksandr Bortnikov və prezidentin köməkçisi Aleksey Dyumin iştirak edəcəklər.

Noyabrın 5-də Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib və iclasda ABŞ-ın hərəkətlərinə cavab olaraq nüvə sınaqlarının bərpa edilməsi ehtimalı müzakirə olunub.

//Samir Qurbanov, Editor.az