Vladimir Putin: Rusiyalı diplomatların səyləri sayəsində Qərbin Rusiyanı təcrid etmək planları pozulubbackend

Vladimir Putin: Rusiyalı diplomatların səyləri sayəsində Qərbin Rusiyanı təcrid etmək planları pozulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı diplomatların səyləri “kollektiv Qərbin Rusiyanı təcrid etmək planlarını pozmağa” imkan verib.

Editor.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, diplomatlar dünyanın əksər ölkələri ilə əməkdaşlığı inkişaf etdirə biliblər: “Əsasən sizin səyləriniz sayəsində artıq nəinki kollektiv Qərbin ölkəmizi təcrid etmək planlarını pozmaq, həm də dünya birliyinin əksər üzvləri – Avrasiya məkanı dövlətləri, Yaxın Şərq, Asiya-Sakit okean regionu, Afrika və Latın Amerikası ölkələri ilə əməkdaşlığı intensivləşdirmək mümkün olub”, – Putin deyib.

O, əlavə edib ki, “məsuliyyətli beynəlxalq tərəfdaşlarla” iş diplomatların işinin gündəmində qalır. MDB, KTMT, ŞƏT və BRIC ölkələri ilə əlaqələrin gücləndirilməsi, Belarusla İttifaq dövlətinin inkişafı üzrə işlər xüsusi əhəmiyyət kəsb edir. Digər sahələr arasında o, xaricdəki soydaşların dəstəyini və “neonasizmin istənilən təzahürlərinə və milli mənsubiyyətə görə ayrı-seçkiliyə qarşı barışmaz mübarizəni” də xüsusi qeyd edib.

//Samir Qurbanov, Editor.az