Vladimir Putin: Rusların bir etnos kimi yoxa çıxmaq təhlükəsi varbackend

Vladimir Putin: Rusların bir etnos kimi yoxa çıxmaq təhlükəsi var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Rusiyanın dağılması halında rus xalqı yox ola bilər.

Editor.az bildirir ki, bu barədə o, fevralın 26-da “Rossiya 1” kanalının təbliğatçılarına müsahibəsində deyib. Putin hesab edir ki, Qərb ölkələrinin “bir məqsədi var – keçmiş Sovet İttifaqını və onun əsas hissəsini – Rusiya Federasiyasını dağıtmaq”.

Yalnız bundan sonra Rusiya Federasiyasının müəyyən hissəsi sivil cəmiyyətlərə qəbul edilə bilər: “Ola bilsin ki, sıxışdırmaq üçün onlar bizi ayrı-ayrılıqda sivil xalqlar deyilən ailəyə qəbul etsinlər və öz nəzarətləri altına alsınlar. Əgər biz bu yolla getsək, hesab edirəm ki, Rusiyanın bir çox xalqlarının, ilk növbədə isə rus xalqının taleyi kəskin şəkildə şəkildə dəyişə bilər.Hətta rus adlanan bir etnosun indiki formada yaşaya biləcəyini güman edə bilmirəm. Moskvalılar, urallılar ola bilər”- Kremlin rəhbəri deyib.

O, belə “planların” olduğunu, lakin Rusiya Federasiyasının guya tərəfdaşlıq meyarları ilə “bu barədə danışmamağa çalışdığını” bildirib. “Ancaq bütün bunlar var, hər şey kağız üzərində yazılıb”, – Putin əlavə edib.

 //Samir Qurbanov,Editor.az